Bağırsağında narkotik keçirmək istədi

Bağırsağında narkotik keçirmək istədi

Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə