Ağdaş rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "İveco" markalı yük avtomobili toqquşub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb, şəxsiyyəti hələlik məlum olmayan bir qadın isə hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və qadının meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB