40 milyon avroluq poçt markası oğurlandı

Fransada 40 milyon avro dəyərində poçt markası oğurlanıb
40 milyon avroluq poçt markası oğurlandı

Fevralın 3-də Fransanın San-e-Marn departamentinin Bri-Kont-Rober yaşayış məntəqəsində 40 milyon avro dəyərində poçt markası oğurlanıb. İki maskalı naməlum şəxs poçt markaları yüklənmiş zirehli maşının sürücüsünü silahla təhdid edərək onu zorla maşından düşürüblər.

Sonra onlar marka dolu maşını sürüb aradan çıxmağa müvəffəq olublar. Quldurlar yolda qiymətli yükü digər maşına boşaldaraq naməlum istiqamətdə yoxa çıxıblar.

Sürücü markaların oğurlanması barədə həyəcan qaldıraraq dərhal polisə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə