Astarada narkotik satan dəstə zərəsizləşdirilib

Astarada narkotik satan dəstə zərəsizləşdirilib

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışı və istifadəsi ilə məşğul olan, həmçinin yaşayış evindən oğurluq edən 4 nəfərdən ibarət dəstə ifşa edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan rayonun Şahağacı kənd sakini Şəhriyar Teymur oğlu Dadaşovun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə çəkisi 0,595 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Şəhriyar Dadaşov narkotik vasitəni həmkəndlisi İlqar Səfərəli oğlu Süleymanovdan əldə edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Süleymanov da yaxalanaraq istintaqa cəlb edilib. Onun üzərinə keçirilən baxış zamanı 6 bükümdə, külli miqdarda, ümumi çəkisi 2,918 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlqar Süleymanovda aşkarlanan heroinin həmkəndisi Mirzağa Akif oğlu Səmədovun vasitəsi ilə digər həmkəmdlisi Həqiqət Dadaş qızı Məmmədovadan əldə edilməsi müəyyənləşdirilib.

Araşdrmalar zamanı həmçinin məlum olub ki, saxlanılan Mirzağa Səmədov rayonun Şahağacı kənd sakini Kamilə Əhmədağa qızı Səmədovaya məxsus yaşayış evinə daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə