Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilib FOTOLAR

Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilib FOTOLAR

Şəki Penitensiar müəssisəsində qadağan olunmuş əşyalar aşkar edilib. SİA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində Mühafizə taborunun əməkdaşları tərəfindən müəssisənin mühafizəsində olan daxili iz zolağında 1 ədəd bükülüdə xalis çəkisi 8,89 qram olan narkotik vasitə - marixuana, 2 ədəd bükülüdə daxilində "Nar" danışıq kartı olan "Nokia" markalı mobil telefon aparatı və daxilində "Cin" danışıq kartı olan "Nokia" markalı mobil telefon aparatı və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə