Üzərindən 3 kq narkotik çıxdı

Üzərindən 3 kq narkotik çıxdı

Cəlilabad sakinindən külli miqdarda narkotik tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Hikmət Quliyevdən 3 kiloqram narkotik hesab edilən marixuana götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə