Zaqatalada narkotik satıcısı tutuldu

Zaqatalada narkotik satıcısı tutuldu

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan, hazırda Zaqatala şəhəri Anar Həmidov küçəsi ev 23 ünvanında kirayədə yaşayan, 1989-cu il təvəllüdlü İntiqam Oruc oğlu Hüseynov Zaqatala şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb.

İ.Hüseynovun üzərinə keçirilən baxış zamanı 7,2 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə