Dəhşətli yol qəzası ölən var

Dəhşətli yol qəzası ölən var

Azərbaycanın Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Quşçu kəndi ərazisində "Toyota" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə