Xacmazda filim kimi oqurluq

Ötən gecə ölən kişinin evi yarılıb. Oğurluq hadisəsi Xaçmazda baş verib. Cavanşir Ağakişiyev Xaçmaz rayonu mərkəzi küçəsində yaşayıb.

Ailəsi vəfat edən şəxsin cümə axşamını keçirmək üçün onun ata yurdu - Xaçmazın Hacıabdurəhmanoba kəndinə gediblər. Hadisə də bütün ailə üzvləri evdə olmayanda baş verib. Evə girən naməlum şəxs və ya şəxslər mərhumun yataq otağından 4500-5000 manat dəyərində qızıl-zinət əşyası oğurlayıb.

Bu barədə ev sahiblərinə isə pəncərənin açıq olduğunu görən qonşusu zəng edərək məlumat verib. Evlərinin alt-üst edildiyini görən mənzil sahibləri dərhal polisə müraciət ediblər.

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, oğrunun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır. Qeyd edək ki, ailə 4 ay öncə toy edərək evə gəlin gətirib. Soyğunçular gəlinin otağını da alt-üst etsələr orada heç nə tapa bilməyiblər. Belə ki, 4 ay gəlin gələn qadın cümə axşamına getdiyi üçün öz zinət əşyalarını atası evinə qoymuş olub.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə