Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Ötən gün Astara Rayon Polis Şöbəsinə rayon ərazisində narkotik vasitələrin satılması barədə əməliyyat məlumatı daxil olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, daxil olan məlumata əsasən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini 28 yaşlı Emin Dadaş oğlu Axundov iş başındaca yaxlanıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan şəxsi istehlak miqdarından çox, dörd bükümdə 71,575 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı 28 yaşlı gənc narkotik vasitələrin alüdəçisi olduğunu və narkotiki özünün istifadəsi üçün aldığını bildirib. Lakin şöbə əməkdaşları onun ifadəsini özünümüdafiə kimi qiymətləndirərək, onun üzərindən götürülən narkotikin şəxsi istehlak miqdarından çox olduğunu bildirirlər.
Qeyd edək ki, bundan öncə də oğurluq etməkdə təqsirləndirilən Emin 3 il məhkum olunub. Narkotik vasitənin satışında təqsirli bilinən Eminin günahı subuta yetirilərsə onu ən azı 3, ən çoxu isə 8 ilə kimi məhkumluq həyatı gözləyir. Artıq fakla bağlı cinayət məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB