Kafedə partlayış xəsarət alanlar var

Kafedə partlayış xəsarət alanlar var

Abşeron rayonunda kafedə partlayış olub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 27-də saat 15 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini Nicat Novruzova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə kafenin pəncərə şüşələri sınıb, orada təmir işləri aparan qəsəbə sakinləri Elşad Abbasov və Qabil Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə