Avtomobilinizdə pul saxlamayın!

Avtomobildən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ-1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabrın 23-də Ramana qəsəbə sakini Səbuhi Şükürova məxsus "Mercedes" markalı avtomobildən 271 manat və 280 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü İsfəndiyar Teymurov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə