Həbs olunan şəxs həbsxanaya marixuana gətirdi

Həbs olunan şəxs həbsxanaya marixuana gətirdi

Narkotiklərə görə həbs edilmiş şəxs özü ilə həbsxanaya da marixuana aparırmış. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı İstintaq təcridxanasına etapla daxil olan şəxs Həsrət Hacıqulu oğlu Səmədzadənin üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki qış gödəkçəsinin cibində gizlətdiyi "West" siqarət qutusunun içərisində olan 9 ədəd siqaretə doldurulmuş, xalis ümumi çəkisi 3.02 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, H.Səmədzadə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə