Avtomobil ana və övladını vurdu

Avtomobil ana və övladını vurdu

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Binəqədi qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Gülnar Qulammirzəyeva və onun oğlu Yusif vurulub. Onlar tibb müəssisəsinə müraciət etməyiblər.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə