Bakı şəhərində oğurluq edən şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Amal Nuruşlunun cibindən içərisində 500 manat və sənədləri olan pul kisəsini oğurlayan Quba rayon sakini Muxtar Ağazadə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB