Quldurluğun üstü açıldı

Narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayı ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.İsdamov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə