2 yük avtomobili toqquşdu ölən var

2 yük avtomobili toqquşdu ölən var

Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və "QAZ" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə