Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhər sakininin qohumlarını bıçaqlanması faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də Gəncə şəhərində yaşayan Fərail Abbasovun yaşadığı evə gəlmiş kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB