Bu gün Şirvan şəhərində qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən yeni 7 mərtəbəli binanın 15-ci mənzilində başları kəsilmiş iki meyit aşkarlanıb. Hüquq mühafizə orqanları əməkdaşlarının araşdırmalarından sonra məlum olub ki, bunlar Kişiyev Azat Babayar oğlu və Babakişiyeva Sevinc Məmməd qızıdır. Hələlik təsdiqolunmamış məlumata görə, qətlə yetirilənlər gəlin-qaynatadırlar.
Hazırda hadisə yerində olan polis əməkdaşları qətlin başvermə səbəblərini araşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB