Lənkəranda dəhşətli qətl hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə yanvarın 21-də saat 21.00 radələrində rayonun Xolmili kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Çoxlu qan itirən Kübra Əhmədova hadisə yerində dünyasını dəyişib. Hadisəni törətmiş Ceyhun Əhmədov polis əməkdaşları tərəfindən yaxalanıb.
Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb.
Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB