Bu gecə Azərbaycanda 3 ev yanıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, ilk yanğın hadisəsi Bakı şəhərinin Səbail rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Göygöl rayonunun Qızılqaya qəsəbəsində də vətəndaşa məxsus evdə yanğın baş verib.
Ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb.
Üçüncü yanğın isə Bakı şəhərinin Sabunçu rayonunda olub.
Vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Hər 3 yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB