Dəm qazı 3 can aldı

Azərbaycanda dəm qazı daha üç nəfərin həyatına son qoyub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də Göygöl rayon sakini Elgün Yusifov və arvadı Nuranə Səfiyeva Sabunçu rayonuтгт Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evdə, yanvarın 16-da Xətai rayonu ərazisində yaşayan Tərlan Mahmudova yaşadığı mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə