Bina yandı sakinlər təxliyyə edildi

Bina yandı sakinlər təxliyyə edildi

Sumqayıt şəhərində, dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə, 1 ədəd televizor və eyvanın qapısı qismən yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə