Bakıda 5 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası - Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Ana-bala" adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Qeyd edək ki, C.Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB