“Ana-bala” adlı yağ qabında görün nəyə cəhd olundu FOTO

5 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən SİA-ya verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman "Ana-bala" adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə