Külli miqdarda narkotik vasitə tapılıb

Külli miqdarda narkotik vasitə tapılıb

Şirvan polisi külli miqdarda narkotik aşkar edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsi döngə 1 ev 14-də yaşayan Əliyev Nəsimi Zahid oğlunun üzərindən narkotik vasitə tapılıb. Onun üzərindən çəkisi 1 kq 715 qram qurudulmuş marixuana, 34.134 qram həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni Şirvan şəhərinə satmaq məqsədi ilə gətirib.

Qeyd edək ki, faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə