Bakı sakinindən soyuq silah tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq, idarə etdiyi "Mercedes" markalı avtomobildən qundağı və lüləsi kəsilmiş İJ-K-16 X 7056УK markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB