Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Fazil Sadıqovun idarə etdiyi "Kamaz-5320" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin qoşqusunun alt tərəfindən 1 ədəd bükümdə, xalis çəkisi 665 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB