Yırtıcı quşlar qoyunlara hücüm çəkdi

Yırtıcı quşlar qoyunlara hücüm çəkdi

Ağdaş rayonunun Cardam kəndində yırtıcı quşlar sahədə otarılan qoyunlara hücüm edib. Kənd sakini Murad Xəlilova məxsus bir neçə qoyunu parçalayan quşlar xeyli sayda heyvanı da yaralayıblar.

Baytar həkimləri kəndə gələrək yaralı heyvanları müayinə ediblər. Qoyunlara hücum edən quşların konkret olaraq hansı növə aid olduğu bilinmir. Kənd sakinləri belə hadisələrin təkrarlanacağından ehtiyatlanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə