Lənkəranda faciə

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayan Həmdulla Rəhimov evinin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə