Dozanı aşdı

Bakı sakini dozadan artıq narkotik dərman qəbul edərək ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 11-də Bakının Nərimanov rayonu ərazisində yaşayan Hüseyn Vəliyev dozadan artıq narkotik tərkibli dərman qəbul edərək ölüb. Həmin dərmanın metadon olduğu dəqiqləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə