Respublika ərazisində 3 meyit tapılıb

Respublika ərazisində 3 meyit tapılıb

Respublika ərazisində üç nəfərin meyiti aşkar edilib. SİA- nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 27-də itkin düşən Yevlax rayon sakini Novruz Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Yanvarın 10-da Şəmkir rayonunun Ceyrançöl adlandırılan ərazisində Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti aşkarlanıb.

Yanvarın 10-da Dənizkənarı Milli Parkın ərazisində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə