İran İslam Respublikası vətəndaşı Oveis Nemat oğlu Talebianın cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunub və baxılması üçün məhkəməyə göndərilib. SİA-nın xəbərinə görə, Vergilər Nazirliyindən verilən məlumatda bildirilir ki, O.Talebian istintaqa məlum olmayan mənbədən əldə etdiyi 27491 ədəd saxta aksiz markasını özünün idarə etdiyi "Dong Feng" markalı yük avtomobilində gizlədərək, ötən il sentyabrın 18-də İrana aparmaq məqsədilə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunun ərazisinə gətirib. Oveis Talebian alkoqollu içkilər üçün nəzərdə tutulmuş saxta aksiz markasını apardığı üçün saxlanılıb və gizlədilmiş aksiz markaları aşkar edilərək götürülüb.
Cinayətin O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Oveis Talebian təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunub, barəsində Yasamal Rayon Məhkəməsinin 2014-cü il 4 dekabr tarixli qərarına əsasən həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi məhkəməyə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB