Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Qurbanovun üzərində narkotik vasitə - heroin aşkar edilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 101,624 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB