Fabrikdə partlayış 2 ölü, 3 yaralı

Fabrikdə partlayış 2 ölü, 3 yaralı

Xırdalan şəhərində yerləşən fabrikin qazanxanasındakı qazan partlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İlkin məlumatlara əsasən, partlayışa səbəb buxarın normadan artıq yığılması olub.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə