Tamah güc gələndə

Təmir alətləri oğurlayan şəxs tutuldu. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 28-də Sabirabad rayon sakini Vüsal Tağıyevə məxsus Kürdəxanı qəsəbəsi Ləhiş bağ massivində yerləşən bağ evindən təmir alətləri oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Nurəddin Orucov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə