"Sahil" metrosunun yaxınlığında dəhşətli ölüm hadisəsi baş verib. Hadisə şahidlərinin dediyinə görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsinə bıçaqla zərbələr endirib. Gənc hadisə yerindəcə ölüb.
Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.
Əldə etdiyimiz məlumata görə, ölən gəncin dostu da yanında olub və o da bıçaq zərbələri alıb. Hazırda xəstəxanadadır.
Hadisənin təfərrüatını dəqiqləşdirməyə çalışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB