Masallıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi ötən gecə saat 00:10 radələrində Masallı rayonun Qızılavar kəndində qeydə alınıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 33 yaşlı Nicat Fariz oğlu Qasımova məxsus bir mərtəbəli fərdi yaşayı evində baş verən yanğın qısa zamanda əhatə dairəsini genişləndirərək bütün evi ağuşuna alıb. Evdə tək yaşayan Nicat Qasımov yanğının baş verməsindən xəbərdar olsa da onun qarşısını ala bilməyib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə məlumat verib. Dərhal yanğın baş verən əraziyə iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində yanğının digər tikililərə keçməsinin və genişlənməsinin qarşısı alınıb.Buna baxmayaraq evin 3 otağı və bir aynabəndi yanaraq külə dönüb.
Yanğının dəqiqiq başvermə səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB