Lənkəranda bağlı qapı arxasında qalmış şəhər sakini xilas edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə daxil olmuş məlumatla əlaqədar FHN Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin növbədə olan xilasedici qrupu dərhal hadisə yerinə gəlib.
Məlum olub ki, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, bina 78/14, mənzil 24 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Rəziyyə Qüdrət qızı Əhmədova evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək evin balkonundan mənzilə daxil olublar. Evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış Rəziyyə Əhmədova xilas edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB