Astarada fərdi yaşayış evində partlayış baş verib, bir nəfər xəsarət alıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Astara rayonu, Məscidməhəllə kəndində vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan və hər mərtəbəsi 90 kv.m olam ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın hadisəsi baş verməyib.
Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər çatana kimi aidiyyəti üzrə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB