Telefon oğrusu tutuldu

Bakıda vətəndaşa məxsus telefonu oğurlayan şəxs iki həftə sonra tutulub. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib. Hadisə dekabrın 21-də gecə saatlarında Azadlıq prospekti yerləşən ticarət mərkəzində olub. Burada Kamran Mehrəliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Allahqulu Mehdiyev tutulub. Şübhəli şəxsin üzərindən 1,946 qram tiryək aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə