Messinin qiyməti 250 milyon

Fransanın "PSJ" klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir. Bu barədə "BBC" xəbər verir. Məlumata əsasən, Paris təmsilçisi Messi üçün 250 milyon avro ödəməyə hazırdır. Messinin 2016-cı ildə Fransa təmsilçisinin heyətinə qatılacağı gözlənilir.

Bu keçid yalnız bir halda, Zlatan İbrahimoviçin "PSJ"nin heyətini tərk etməsindən sonra baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə