Yeni ilin ilk günü Bakıda mağazadan oğurluq edən dəstənin 5 nəfərdən idarət üzvləri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, yanvarın 1-də axşam saatlarında T.Bədəlov küçəsində Bakı şəhər sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlanıb.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyn Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı 1994-cu il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB