Keçmiş məhkum yenidən həbsxanaya qayıtdı

Keçmiş məhkum yenidən həbsxanaya qayıtdı

Bakıda astaralı keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunan, 1979-cu il təvəlladlü Şaiq Quliyev saxlanılıb.

Saxlanılarkən ondan 503,127 qram heroin aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə