Sinqapurda daha bir qəza TANKERDƏ

Sinqapurda daha bir qəza TANKERDƏ

Bu gün səhər saatlarında Sinqapura yaxın ərazidə - Pedra Brankada adalarında neft tankeri qayaya çırpılıb. SİA xəbər verir ki, bu barədə "The Straits Times" qəzetinin elektron variantında bildirilir. Qeyd olunduğuna görə, güclü zərbə nəticəsində Liviyada qeydiyyatdan keçmiş tankerin korpusu sıradan çıxıb və dəlik əmələ gəlib. İnsidentin ekoloji çirklənməyə səbəb olacağı da istisna edilmir. Belə ki, qəza zonasında neft ləkəsinin olduğu müşahidə edilib.

Toqquşma nəticəsində insan tələfatının olmadığı bildirilməkdədir. Hazırda qəza olan yerdə xilasedicilərin çalışdığı qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə