2015-ci ilin ilk qəzası FOTO

2015-ci ilin ilk saatlarında Bakıda yol nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın verdiyi xəbərə görə, qəza Babək prospektində yerləşən körpünün üstündə baş verib. Körpünün kənarında qəzalı vəziyyətdə qalan "Cip" markalı avtomobil, yolda tıxaca səbəb olub. Qəzanın hansı səbəblərdən baş verməsi hələlik məlum deyil.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə