6 ton ot bağlamasının 3 tonu yanıb

6 ton ot bağlamasının 3 tonu yanıb

Zərdab rayonun Şahhüseynli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, köməkçi tikilinin, ot bağlamasının qalan hissələri və tikiliyə bitişik ümumi sahəsi 240 kv.m olan ev yanğından mühafizə olunu.

Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə