Avtomobillərdən ouğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Yasamal rayonu ərazsində avtomobillərdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Abdulla Hüseynov tutulub. Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq araşdırmaları ilə müəyən olunub ki, o, avqustun 2-də Bakıxanov küçəsində Ruslan Məmmədova məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaqla içərisində 1000 manat, dekabrın 15-də Azərbaycan prospektində Rauf Babayevə məxsus "Prado" markalı avtomobildən 280 manat, dekabrın 20-də S.Salayev küçəsində Bakı şəhər sakini Arzu Qurbanovaya məxsus "Nissan" markalı avtomobildən 6392 manat, dekabrın 22-də İnşaatçılar prospektində Bakı şəhər sakini Ağababa Dadaşova məxsus "Ford" markalı avtomobildən içərisində 300 manat və şəxsi sənədlər olan əl çantlarını, pul kisələrini və mobil telefonları talayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB