Mebel sexi yandı

Bakıda mebel sexində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 120 kv.m olan mebel sexinin içərisində 3 kv.m sahədə taxta materiallar və dəzgahın mühərrik hissəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə