Axtarışda olan 15 nəfər tutulub

Axtarışda olan 15 nəfər tutulub

Dekabrın 24-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 62 cinayət faktından 19-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 10 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə